Türkiyənin TV8 kanalının rəhbəri, aparıcı Acun İlıcalı 13 illik həyat yoldaşı Zeynəb İlıcalıdan boşanmaq niyyətindədir. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, A.İlıcalı artıq vəkilinə boşanma ərizəsini təqdim edib.
Qeyd edək ki, Acun və Zeynəb cütlüyü 2003-cü ildə evlənib və həmin evlilikdən iki qızı var.