Uzun müddətdir ekranlarda görünməyən aktyor Cem Özər "Pastel Film"in lentə aldığı "Sən mənimsən" adlı seriala çəkilib.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, Gökhan Kəsərlə Rüveyda Öksüzün baş rolda oynadığı ekran işində Özer Burak Sərgənin düşmanı obrazını canlandıracaq.
Bir müddətdir heç bir serialda rol almayan Cemə bu işdə keçmiş həyat yoldaşı, aktrisa Nurgül Yeşilçay kömək edib. Belə ki, yaradıcı heyətə Özəri məsləhət görən o, olub.