Nazpəri İlhaməyə 25 min manat pul ödədi
14 iyul 2015 18:41 (UTC +04:00)

Nazpəri İlhaməyə 25 min manat pul ödədi

Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevaya olan 25 min manat təzminat borcunu tam ödəyib. Lent.az xəbər verir ki, bunu aznews.az-a müğənni İlhamə Quliyevanın vəkili Pərviz Hacılı deyib. Vəkilin sözlərinə görə, N.Dostəliyeva, təzminat pulunu ödəməklə yanaşı İlhamə Quliyevadan üzr də istəməlidir. 

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmənin qərarı son qoyub. 

Qərara əsasən N.Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəməli və ondan üzr istəməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463
avatar

Oxşar yazılar