Namiq Qaraçuxurlu oktyabrda evlənir
11 avqust 2015 18:36 (UTC +04:00)

Namiq Qaraçuxurlu oktyabrda evlənir

Meyxanaçı Namiq Qaraçuxurlu uzun fasilədən sonra tədbirlərin birində efirlərdə görünməməyindən bəhs edib.

Lent.az-ın məlumatına görə, bu barədə axşam.az-a açıqlama verən sənətçi yay istirahətindən danışıb:

“Bu il dincəlmək üçün xarici ölkəyə getmədim. Öz evimdə, bağımda dincəlirəm. Bu həftə üç-dörd günlük bölgələrə gedəcəm, gəzib qayıdacam. Xaricə isə oktyabr-dekabrda gedəcəm. Həmin vaxt hamı Bakıda iş başında olur. Mən də gedib, günəş vannası qəbul edib, qaralıb gələcəm, hamıya da acıq verəcəm”.

N.Qaramuxurlu tezliklə xeyir iş olacağını da etiraf edib:

“Efirlərdən uzaq qalmağım həyatımda bir çox şeyləri dəyişdi. Şəxsi həyatıma vaxt ayıra bildim. Oktyabrda istirahətə getməyimin səbəblərindən biri də həyatımda baş verəcək hadisədir. Bu haqda danışmayacağıma söz vermişdim. Çünki hər dəfə deyirəm, amma alınmır. Yenə də sizə açıqlama verim ki, xeyir iş olacaq”.

Xeyli artıq çəki atan N.Qaraçuxurlu “Vaxtlı-vaxtında yeyirəm, yatıram, idman edirəm. Bütün günü üzürəm. Ona görə də arıqlamışam” deyə, əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223

Oxşar yazılar