Nabranda istirahət mərkəzində kütləvi dava
27 iyul 2017 20:40 (UTC +04:00)

Nabranda istirahət mərkəzində kütləvi dava

Nabranda yerləşən istirahət mərkəzlərinin birində kütləvi dava olub.

 

Trend ARB TV-ə istinadən xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı 2 nəfər xəsarət alıb.

 

Xəsarət alanlar Xaçmazın Xudat şəhər saikini 51 yaşlı Toğrul Məmişov və 31 yaşlı Zöhrab Səfiyevdir. Xudat şəhər xəstəxanasına yerləşdirilən şəxslərdən Toğrula sağ və sol dirsək nahiyəsinin sıyrılmış yarası, Zöhraba isə qapalı kəllə-beyin travması, göz orbitinin əzilməsi və hematoması diaqnozu qoyulub.

 

Hər iki şəxs ilkin yardımdan sonra ambulator müalicəyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar