Müğənniyə ad günündə 9 milyonluq maşın hədiyyə olundu
11 sentyabr 2015 00:50 (UTC +04:00)

Müğənniyə ad günündə 9 milyonluq maşın hədiyyə olundu

“А’Studio” qrupunun solisti Keti Topuriya 29-cu ad gününü keçirib. 

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, eyni zamanda iş adamı Lev Qeyhmanla evliliyinin iki illiyini qeyd edən müğənni ailə üzvləri və dostları ilə bir araya gəlib. Ketiyə əri ad günü hədiyyəsi olaraq isə 9 milyon rubl (təxminən 137 min manat) dəyərində olan avtomobil bağışlayıb. 

 



İfaçı yeni maşınının fotosunu İnstaqram səhifəsində paylaşaraq “Baxın, mənim yeni “atım” şərhini yazıb. 

 



Qeyd edək ki, bu yaxınlarda Oliviya adlı qızları dünyaya gələn Keti ilə Lev bir müddətdir Amerikada istirahət edirdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409

Oxşar yazılar