Əri azərbaycanlı modeldən polisə şikayət etdi
17 avqust 2015 14:37 (UTC +04:00)

Əri azərbaycanlı modeldən polisə şikayət etdi

Türkiyəli aktyor Tolqa Karel azərbaycanlı keçmiş həyat yoldaşı Günay Musayevanı polisə şikayət edib. 

Bu barədə xarici KİV-ə istinadən xəbər verib.

Türkiyəli aktyor Tolqa Karel modeli yanında Türkiyə vətəndaşı olmayan birini köməkçi kimi işlətməkdə günahlandırıb. 

G.Musayeva açıqlamasında polislərin Tolqanın şikayətinin əsassız olduğunu deyərək, modelin ifadəsini belə almadıqlarını bildirib.

Günay keçmiş həyat yoldaşı ilə bağlı “Tolqa ruhi xəstədir. Mən ondan şikayət etməliyəm. Bir ildir övladına baxmayan insan mənə şər atmaqla məşğuldur” sözlərini deyib.

Qeyd edək ki, Günay və Tolqa cütlüyü 2011-ci ildə evlənmişdi. Ötən il cütlüyün ayrılma xəbəri yayılmışdı. Model və aktyor avqustda rəsmi olaraq boşanıb. Onların Cahangircan adlı bir oğlu var. (axsam.az)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar