Aparıcı Mətanətin "Gündəlik" verilişi bağlandı
02 oktyabr 2015 14:38 (UTC +04:00)

Aparıcı Mətanətin "Gündəlik" verilişi bağlandı

ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın aparıcılıq etdiyi “Gündəlik” verilişi yeni mövsümdə efirə qayıtmayacaq.

 

Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, aparıcı yeni layihə ilə efirə çıxacağını bildirib: “Bu yay dincəlmədim. Bütün günü Bakı-Sumqayıt yolunda oldum, evimə gedib, işimə gəldim. Yeni verilişimin gecikməsinin səbəbi dekorasiyamızdır. Tam hazır olmadığı üçün oktyabrın 15-dən sonra yayıma başlayacağıq. Bir neçə günə reklam çarxını hazırlayacağıq. “Gündəlik” verilişi isə artıq olmayacaq.

Yeni proqramım səhər  saatlarında yayımlanacaq. Burada hər şey var – maraqlı söhbət, idman, arıqlama. “Gündəlik” proqramından tam fərqlənəcək. Verilişdə nələr edəcəyimi əvvəlcədən açıqlaya bilmirəm, çünki mən qabaqcadan ssenari hazırlayıb onu etmirəm. Həyatda necəyəmsə, efirdə də o cür oluram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar