Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messiyə fantastik transfer təklifi gəlib. Lent.az-ın İspaniyanın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, Çinin “Xebey Çayna Forçun” klubu argentinalının ilinə 100 milyon avroya verə biləcəyini açıqlayıb. Klub futbolçuya 5 illik müqavilə təklif edib.
Qeyd edək ki, Messi "Barsalona" ilə yeni müqavilə imzalasa, məbləğdən 65 milyon avro az, yəni 35 milyon avro qazanacağı gözlənilir.