Məşhur cütlük boşanma ərəfəsindədir
16 sentyabr 2015 23:35 (UTC +04:00)

Məşhur cütlük boşanma ərəfəsindədir

Məşhur amerikalı müğənni Beyonce və həyat yoldaşı Jay-Z boşanma mərhələsindədir.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, son iki ildə məhşur cütlüyün ailə həyatı cəmiyyətin müzakirə mövzüsuna çevrilib. Onların həyatında baş verən sevgi macəraları, ailə daxilində olan qalmaqallar bunu əyani olaraq sübut edir. Lakin cütlük hər dəfə bu məlumatların şayiə olduğunu sübut etmək üçün isə bir-birilərinə səhnədən sevgi etirafları edir, birgə istirahət şəkillərini paylaşırlar. Ailənin yaxın əhatəsində olan insanlar bildirirlər ki, bu dəfə hər şey daha ciddidir: "Beyonce Jay-Z-dən boşanmaq qərarına gəlib. Onların münasibətləri artıq əvvəlki kimi deyil. Beyonce daha oynaya bilmir. O artıq yorulub". Şayiələrə görə, məhşurlar daha bir yerdə yaşamır. Hətta səfərlər zamanı onlar eyni oteldə qalmır, özləri üçün ayrı-ayrı otellər seçirlər.

 

Ailə daxilində baş verən bu hadisə cütlük arasında həll olunmasa, bu şou-biznes tarixində ən bahalı boşanma ola bilər. Lakin pərəstişkarlar cütlüyün bu həddə çatmayacağına və ailələrini qoruyub saxlayacaqlarına ümid edirlər. 

 

2008-ci ilin aprelin 4-də məhşur cütlük ailə həyatı qurub. Cütlüyün toy mərasimi Jay Z-in Nyu Yorkdakı villasında baş tutub. 2012-ci il yanvarın 7-də Nyu Yorkda Blyu İvi adlı qız övladları dünyaya gəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar