Boşanma prosesi davam edən Bade İşçil ilə Malkoç Sualpın barışması ilə bağlı xəbər yayılıb.
Lent.az-ın axşam.az-a istinadən xəbərinə görə, bir-birinə qarşı qaldırdıqları ağır ittihamlarla gündəmdən düşməyən cütlük yenidən eyni evdə yaşayır. Onlar ailələrini qorumaq qərarına gəliblər.
İki il əvvəl boşanmaq üçün məhkəməyə müraciət edən İşçil daha sonra qərarından imtina etmişdi. Amma qısa vaxt keçdikdən sonra problemlərini həll edə bilmədiyini deyən cütlük yenidən məhkəməyə üz tutmuşdu.
Oğulları Azurun vəlayətini almağa görə, yarışa girən Bade və Sualp bir-birinə qarşı maddi və mənəvi təzminat, təhqir kimi iddialar irəli sürmüşdü. 7 ay davam edən məhkəmə prosesindən sonra cütlük yenidən ayrılmaqdan imtina edib.
Onlar "Uşaq üçün yox, bir-birimizi sevdiyimizə görə barışdıq. Hələ boşanma ərizəsini geri götürmədik. Aramızdakı problemləri həll etdikdən sonra dəqiq qərarı verəcəyik" deyə bildiriblər.

Məşhur cütlük barışdı
Oxşar yazılar

Özcan Dəniz səhnədə partladı: "Ən yaxın adamım məni yıxdı"
4 avqust 2025 , 19:08
Hadisə hönkür-hönkür ağladı – VİDEO
4 avqust 2025 , 14:19
Eşq tətilindən qayıtdı: Hande Erçel uzun müddət sonra ilk dəfə bikinidə
4 avqust 2025 , 13:34
Bülent Ersoydan gözlənilməz qərar: Antalyadakı villasına Ankaradan dönərçi gətizdirdi
2 avqust 2025 , 13:02
Maykl Ceksonun qızı nişanlısından ayrıldı
1 avqust 2025 , 16:54
"5 il ağır depressiyadan sonra özümü dəyişdim" - Samirə Əliməryəm
1 avqust 2025 , 13:33
Məşhur aktyor dəlixanada - Şizofreniya diaqnozu qoyuldu
1 avqust 2025 , 11:48