Bir müddətdir ana olmağa çalışan aktrisa Kameron Diaz övladlığa uşaq götürmək niyyətindədir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, haqqında hamilə olması ilə bağlı iddialar ortaya atılan aktrisa süni mayalanma yolu ilə ana olmaq istəyinə çata bilməyib.
Müalicələri müsbət nəticə verməyən Kameron həyat yoldaşı Benji Maddenlə övladlığa uşaq götürmək üçün artıq qanuni yollara baş vurub.