Mahsun Kırmızıgüldən fərqli obraz
03 noyabr 2016 07:03 (UTC +04:00)

Mahsun Kırmızıgüldən fərqli obraz

Mahsun Kırmızıgül yeni filmində hambal olacaq.

 

Lent.az-ın “musavat.com”-a istinadən  məlumatına görə, 3 il fasilədən sonra "Vezir Parmağı" adlı yeni filmini çəkən M.Kırmızıgül Osmanlı dövründəki hambalların həyat hekayəsini ekranlara gətirəcək. "Vezir Parmağı" 2017-ci il, yanvarın 27-də nümayiş olunacaq. Flim 150 texniki işçinin və 64 aktyorun əməyi ilə ərəsəyə gəlib. M.Kırmızıgül flimdə Hamdullah adlı hambal obrazını yaradıb.

 

Qeyd edək ki, Mahsun Kırmızıgül səhnəyə müğənni kimi gəlsə də, sonradan aktyor və rejissor kimi özünü sınayıb. Məşhur sənətçinin rejissorluğunu etdiyi 4 uğurlu filmi indiyə kimi tamaşaçılara təqdim olunub. Bunlar "Nyu-Yorkda beş minarə", "Günəşi gördüm", "Bəyaz mələk" və "Möcüzə" flimləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Oxşar yazılar