Dünyaca məşhur ulduz Ledi Qaqa Hollivudda yaxın rəfiqəsi Lisa Vanderpumpla şam yeməyinə çıxıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, restorandan çıxdıqdan sonra onu gözləyən avtomobilinə doğru gedən ifaçının başına iş gəlib. Maşına minərkən hündür ayaqqabı geyinən Qaqa yıxılıb.
Kameralar və sevənləri qarşısında bir saniyədə yerə sərilən müğənni özünü itirməyib. O, dərhal ayağa qalxaraq, gülümsəməyə başlayıb.
Rəfiqəsi Qaqanın sərxoş olduğu üçün yox, əhvalının yüksək olduğu üçün yıxıldığını deyib.