Müğənni İzzət Bağırzadə “Yaşıl Teatr”da “Mənim dünyam” adlı solo konsert verib. Lent.az-ın məlumatına görə, konsert ilk olaraq klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu çıxışı ilə başlayıb. Gecənin səbəbkarı isə ifasına Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin “Mavi mavi” mahnısı ilə başlayıb. Ifasını bitirdikdən sonra təəssüratlarını bölüşüb: “Mən ad günümü sevmirəm. Həmin gün telefonumu söndürürəm ki, heç kim təbrik etməsin. Ancaq bu gün mənim üçün ad günümdən də önəmlidir. “Yaşıl Teatr”da ilk dəfədir ki, konsert verirəm”.
Konsert zamanı İ.Bağırzadənin həmkarı Elxan Şirinov da səhnəyə çıxaraq, “Başqa birisini sevə bilməzsən” adlı mahnını birgə oxuyublar.
İ.Bağırzadənin dostu müğənni Niyam Səlami də səhnəyə çıxaraq konsertlə bağlı bu sözləri deyib; “İzzətin böyük ürəyi var. Ona görə də, sentyabrda belə havada konsert verir. Gecə səhərədək onun üçün dua etmişəm ki, hava yaxşı olsun”.
Qeyd edək ki, İ.Bağırzadəni dinləməyə gələnlər arasında anası, xanımı və üç oğlu – Əli, Rza, Mehdi də olub.