İlhamə Quliyeva yenə tac davasına çıxdı
27 aprel 2015 10:59 (UTC +04:00)

İlhamə Quliyeva yenə tac davasına çıxdı

Müğənni Azəri Günel Zeynalovanın bir müddət öncə söylədiyi “Şou-biznesin bala kraliçasıyam. Artıq yeni kraliça gəlir. Bundan sonra hər kəs öz yerini bilsin”, - sözləri xalq artisti İlhamə Quliyevanın qəzəbinə tuş gəlib.

 

Lent.az-ın məlumatına görə, “10-lar” verilişinə qonaq olan Azəri Günel deyib ki, verdiyi açıqlama İ.Quliyevanın ürəyincə olmayıb: “İlhamə xanım məndən inciyib. Ancaq inciməyə səbəb yoxdur. Mən sizə bir söz deməmişəm. Mənim kimsənin taxt-tacında gözüm yoxdur. Kimsənin də yerində gedib oturmağa halım yoxdur. Sizə hər zaman hörmət eləmişəm. Atama görə sizə hörmətim çoxdur. Mən axı bundan öncəki açıqlamamda söylədim ki, mən bala kraliçayam. Bu cür sözlər deyib, sizi özünüzdən çıxarmasınlar”.

 

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın tacla bağlı şou-biznesdə bir çox müğənnilərlə aralarında narazılıq olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453
avatar

Oxşar yazılar