Türkiyənin pop ulduzu Hadisənin bacısı Hülya Açıqgözün Bodrumdakı “La Plaj” adlı çimərliyində çalışan işçilər maaşlarını almadıqlarını iddia ediblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, işdən çıxarılan işçilərin sözçüsü Hamza Can açıqlama verərək 25 günlük maaşlarını almadıqlarını deyib:
“Öncə, mən də daxil olmaqla 4 işçini çıxardılar. Digər 15 işçi isə buna etiraz olaraq işdən çıxdılar. 25 günlük maaşımızı istədik, amma bizimlə lağ edərək sadəcə 200 lirə (100 manat – red) pul verdilər”. H.Can deyib ki, plyaj hazırlanarkən orada çox əziyyət çəkiblər və bunun qarşılığını almayıblar:
“Biz haqqımızı tələb etmək üçün məhkəməyə müraciət etmişik. Haqqımızı sona qədər müdafiə edəcəyik”.
Qeyd edək ki, “La Plaj” daha öncə şüşələrin havada uçduğu böyük dava ilə gündəmə gəlmişdi.