Tanınmış Türk müğənnisi Hadisənin 250 min avro təzminat ödəyəcəyi iddia edilir. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənnin bu qədər məbləğ ödəməsinə səbəb isə bacıları Derya və Hülya Açıkgözdür. Məlumatda deyilir ki, Hadisə bacılarının ucbatından “Trendyol” markasının sahibi DSM qrup ilə 4 il əvvəl imzaladığı 500 min avroluq reklam müqaviləsinin şərtlərini pozub. Müqavilədə müğənnin 1 il heç bir moda və elektron-ticarət markasına aid reklamda iştirak edə bilməməsi şərti qeyd edilib. D. Açıkgöz isə digər rəqib markaların paltarlarını bacısına geyindirərək fotolar paylaşıb. Eyni zamanda H.Açıkgöz Hadisənin ləl-cəvahirat firmalarından birində olduğu zaman bu olayı sosial şəbəkələrdə paylaşıb.
Müğənni isə müqavilənin heç bir şərtini pozmadığını deyib: “Təqdimatda bacım mənim adımdan istifadə edərək heç bir qazanc əldə etməyib. Şəkilləri isə yalnız öz qrupumuzda paylaşdıq. Bacımın mənə geyindirdiyi paltarlar ya hədiyyədir, ya da özümüz almışıq”.