Türkiyədə 15 iyulda baş vermiş hərbi çevrilişə cəhd hadisələri filmdə lentə alınacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Metronom Film” şirkəti həmin hadisələr haqqında “Bordo Bereliler Kan Uykusu 15 Temmuz” adlı film çəkmək istəyir.
Şirkətin rəsmi nümayəndələri Oğuz Sözen və Ərdoğan Yaprak layihə haqqında Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı ilə fikir mübadiləsi aparıblar. Baxçalı deyib ki, bu film yaxın tarixdən bəhs edəcəyi üçün əhəmiyyətlidir:
“Şahidi olduğumuz çevrilişi və şəhid ailələrinin yaşamış olduğu hissi anladacaq bu film arxiv qədər dəyərli olacaq”.
Qeyd edək ki, filmin Osmaniyədə çəkilməsi nəzərdə tutulub.