Rəqqasə Fatimə Fətəliyeva növbəti dəfə şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan rəqqasə deyib ki, keçmiş həyat yoldaşı onları atıb: “Keçmiş həyat yoldaşımdan ayrılandan sonra qızım balışının altına atasının şəklini qoyub yatırdı. Deyirdi ki, atam mənim hər şeyimdi. Qızım dünyaya gələn zaman yoldaşım dedi ki, uşaq niyə qızdır? Qız istəmirmiş. Aramızda anlaşılmazlıq oldu, ayrıldıq. O, da Bakıdan getdi. Bir il sonra İstanbuldan yazdı ki, yanıma gəlin. Özü yanımıza gəldi. Sonra yenə getdi. İndi imkanlıdır. "Tarqovı"də 3-4 mağazası var. Amma qızımı görəndə üzünü çevirir”.