Əməkdar artist sevilən mahnılarına klip çəkdirir
06 avqust 2015 18:35 (UTC +04:00)

Əməkdar artist sevilən mahnılarına klip çəkdirir

0

Əməkdar artist Mətanət İsgəndərli iki yeni klipin çəkilişinə hazırlaşır.

Lent.az-a açıqlama verən Mətanət İsgəndərli mahnılardan birinin türk klassikasından seçmə olduğunu deyib.

“Dalğalar” adlanan nəğməyə nəzərdə tutulan klip çəkilişi Xəzərin sahilində aparılacaq. Rejissor işi Ceyhun Kərimova həvalə edilib. Digər mahnı sözləri Bəxtiyar Bahabzadə, musiqisi Niyaməddin Musayevə məxsus olan “Nəğmələr dünyası”dı. Onun çəkilişi isə Azərbaycanın gözəl guşələrində nəzərdə tutulub.

“Əzəldən təbiət aşiqiyəm. Bu mahnının məhz təbiətin qoynunda ekranlaşdırlması ideyası ürəyimcə oldu. Gözəl təbiət qoynunda özümü sanki nağıllar aləmindəymiş kimi hiss edirəm” – deyə əməkdar artist bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar