Türkiyəli müğənni Ebru Yaşar Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, sənətçi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən Gül bayramına və Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr edilən konsertdə oxuyub.
Xətai rayonu ərazisində yerləşən parklardan birində çıxış edən E.Yaşar onu izləməyə gələnlərə təşəkkür edib:
"Türkiyədən sizə salamlar gətirmişəm. Bayramla bağlı tədbirdə məni də görmək istəyən və bura dəvət edən dövlətinizə təşəkkürlər. Sizlərlə olmaq çox gözəldir. Hər dəfə Bakıya gələndə buranı tanımıram. Çünki daha da gözəlləşir. Biz iki dövlət, bir millətik. Bura tez-tez gələ bilmirəm. Hərdən özəl dəvətlərə qatılıram. Çox sevinirəm ki, şəhəriniz hər il daha da gözəlləşir".

Ebru Bakıya gəldi
Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01