Dünyanın ən zəngin qadınlarından biri, isveçrəli 53 yaşlı Marqarita Luis-Dreyfus ana olmağa hazırlaşır. Milyarder qadının əkiz qızı olacaq.
Lent.az-ın anspress-ə istinadən məlumatına görə, bir müddətdir 52 yaşlı bank sahibi Fillip Hildebrand ilə birlikdə olan milyarder xanımın doğulacaq körpələrinin atasının kim olduğu hələlik mətbuata açıqlanmayıb.
İlk həyat yoldaşı Robert Luis-Dreyfusun qurduğu "Louis Dreyfus Commodities" adlı şirkətin idarə heyətinin rəhbəri olan Marqarita Luis doğuşa qədər işinin başında olacaq. Doğuşdan sonra qısa analıq məzuniyyətinin ardından yenidən işə qayıdacaq.
Milyarder qadının ilk ərindən 3 oğlu var. O, ilk nikahını 1992-ci ildə bağlayıb. Robert Luis 2009-cu ildə leykoz xəstəliyinə yaxalanaraq dünyasını dəyişib.
Robert Luis Olimpik Marsel Fransa futbol klubunun sahibi olaraq tanınırdı.
Ölümündən sonra bu kluba da onun həyat yoldaşı rəhbərlik etməyə başlayıb.
Hazırda xanım milyarder 7.1 milyard dollar sərvətə sahibdir.