Dünya şöhrətli aktrisa boşanır
19 avqust 2015 23:58 (UTC +04:00)

Dünya şöhrətli aktrisa boşanır

0

Dünya şöhrətli aktrisa Meqan Foksla həyat yoldaşı Brayan Ostin boşanırlar. 

 



Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qərb mediasına cütlüyə yaxın mənbə məlumat ötürüb. Meqanla Brayan 5 illik ailə həyatlarına son qoymaq qərarına gəliblər. Onlar arasında münasibətin çoxdan pozulduğu iddia edilir. 

 



Qeyd edək ki, Meqan Foksla Brayan Ostin 2010-cu ildə ailə qurublar. Cütlük 2004-cü ildən sevgilidir. Onların Noa və Bodi adlı azyaşlı uşaqları var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar