<span style="color:red;">Doğuş açıqladı:  Xoşqədəm Hidayətqızının əkiz uşağı olacaq
01 fevral 2016 15:46 (UTC +04:00)

Doğuş açıqladı: Xoşqədəm Hidayətqızının əkiz uşağı olacaq

 

Bir müddətdir ekranlardan uzaq düşən türkiyəli müğənni Doğuş Türkiyə mətbuatına verdiyi müsahibələrindən birində ailəsi il bağlı maraqlı məqamları açıqlayıb.

 

Müsahibəsində ata olmaq sevincini xüsusi ifadə edən Doğuş həyat yoldaşı Xoşqədəm Baxışəliyeva ilə birgə əkiz övlad gözlədiklərini açıqlayıb: “Əkiz oğlanlarımız olacaq. 41 yaşındayam və ata olacağımı eşidəndə ayaqlarım yerdən kəsildi sanki.  Gözlərimdən sevinc göz yaşları fışqırdı. Keçmişdə də münasibətlərim olub, ancaq Rəbbim bu evlilikdə övlad nəsib etdi”.

 

Doğuş xanımı azərbaycanlı aparıcı X.Baxışəliyevanın işi ilə bağlı Azərbaycanda, özünün isə çox  vaxt Türkiyədə olmasının onlara çətinlik  yaratdığını dilə gətirib: “Buna görə həyat yoldaşımın Türkiyədə iş qurmasını istəyirəm. Uşaqlarım da Türkiyədə doğulmalıdır”.

 

Özünü “vətən aşiqi” adlandıran türkiyəli ifaçı buna görə uşaqlarının məhz Türkiyədə, doğma vətənində doğulmasını istədiyini açıqlayıb: “Xanımım uşaqların ABŞ-da doğulmasını istəyir, amma mən də deyirəm ki, mən miliyətçiyəm və uşaqlarım Türkiyədə doğulacaq”.

 

Ata olacaq ifaçı hətta gələcəkdə təşkil edəcəyi konsertlərdən birində əkizləri ilə birgə səhnəyə çıxmaq niyyətində olduğunu da dilə gətirib : “Hər ikisini də çiynimə asıb, səhnədə mahnı ifa edəcəyəm”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar