Ekranlarda yeni yayımlanmağa başlayan "Fabrika kızı" serialı üçün sürpriz qərar verildi.
Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, serial iyunun 16-da son seriyasını efirə verəcək.
Show TV-də yayımlanan ekran işinin baş rollarında Fulya Zenginer və İsmail Demirci oynayır.
"Fabrika kızı" yeni başlasa da, reytinqlərdə gözlənilən nəticəni əldə etmədiyi üçün 4-cü seriya ilə artıq final edəcək.
Show TV-nin yaxın zamanda başlayan digər serialı "Tutar mı, tutar" üçün də eyni qərarın verilməsi gözlənilir.