Aktrisa Cessika Alba Nyu-Yorkda özünün kosmetik brendinin təqdimatını edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa təqdimat gecəsinə eleqant ağ libasda yollanıb. Geyimini çəhrayı ayaqqabıyla tamamlayan Cessika sadə makiyaj edib. C.Alba açıqlamasında “The Honest” kosmetik vasitələrinin tamamilə təbii və təhlükəsiz komponentlərdən hazırlandığını deyib.
Qeyd edək ki, Cessika Albanın kosmetik brendi 2012-ci ildən fəaliyyət göstərir. Şirkət daha əvvəl uşaqlar üçün ekoloji təmiz və zərərsiz olan yuyucu vasitələr istehsal edirdi. Lakin daha sonra Cessika öz biznesini daha da genişləndirməyə və brendinin kosmetik məhsullar istehsalına qərar verib. Hazırda aktrisanın bu biznesdən 1,7 milyard dollar əldə etdiyi bildirilir.

Cessika Alba öz brendini təqdim edib
Oxşar yazılar

Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35
İbrahim Tatlısəsin sünnət olunduğu yaşı ilk dəfə AÇIQLANDI, eşidən hər kəs mat qaldı
8 iyul 2025 , 19:46
Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33