Hər mahnısı xit olan və son ifa etdiyi “Sığamıyorum” sinqlı ilə Top 10 siyahılarını alt-üst edən türk müğənni Bengü ötən gecə Harbiye Cəmil Topuzlu Açıqhava Teatrında möhtəşəm bir konsert verib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, mahnıları ilə birgə rəqsləri də hamını heyran edən Bengü konsert zamanı 3 dəfə kostyum dəyişdirib.
1 ay yarımdır konsertə hazırlaşan Bengü “həyatımın ən böyük xoşbəxtliyini yaşayıram” deyib.