Bakılı prodüser NTV telekanalına rəhbər seçildi
30 noyabr 2015 22:18 (UTC +04:00)

Bakılı prodüser NTV telekanalına rəhbər seçildi

Rusiyanın nüfüzlu NTV telekanalının baş prodüseri "Vayt Media" prodakşn-şirkətinin banisi Timur Vaynşteyn olacaq.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, həmyerlimiz yeni vəzifəsinə sabahdan başlayır.

 

Vaynşteyn 2014-cü ildən telekanalda bu vəzifədə işləmiş Danil Şarapovu əvəz edəcək. Bu barədə xəbəri Timur və NTV telekanalının nümayəndəsi təsdiq edib.

 

NTV telekanalı "Qazprom-media"ya daxildir. Holdinqə həmçinin "Pyatniça",TV-3,TNT, 2х2, “Matç TV” kanalları aiddir. “Comedy Club Production” şirkəti, GoodStory Media və bir sıra başqa radiostansiyalar "Qazprom-media"ya daxildir.

 

1971- ci il martın 1-də Bakıda anadan olan Timur Vaynşteyn 1991-ci ildə “Parni iz Baku” Şən və Hazırcavablar klubunun bədii rəhbəri olub. Rusiya televiziya akademiyasının üzvüdür. O, ən iri Rusiya telekanallarında yayımlanan 150-dən çox layihənin prodüseridir. "Vayt Media" Timur Vaynşteyn tərəfindən 2010-cu ildə yaradılıb. Prodüserin ən məşhur layihələri arasında - "Soldatı", "Şaslivi v meste", "Rodina" serialları var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar