Azərbaycanlı müğənninin xanımı "Qremmi"yə namizəddir
07 dekabr 2016 05:53 (UTC +04:00)

Azərbaycanlı müğənninin xanımı "Qremmi"yə namizəddir

Azərbaycanlı opera müğənnisi Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebko "Qremmi" mükafatının "Ən yaxşı klassik solo vokal albom" nominasiyasına namizəddir.

 

Axşam.az-ın "Spletnik.ru"ya istinadən məlumata görə, Anna "Verismo" albomu (dirijor Antonio Pappano, Yusif Eyvazov, orkest "Dell Accademia Nazionale Di Santa Cecilia") ilə bu ad uğrunda mübarizə aparacaq.

 

Netrebkodan başqa, Yen Bostric (Shakespeare Songs), Dorotey Pyoşman (Schumann & Berg), Maqdalena Kojena (Monteverdi) və Səbinə Deviye (Mozart: The Weber Sisters) bu nominasiya üzrə namizədlər sırasındadılar.

 

Mükafatlandırma mərasimi 2017-ci il fevralın 12-də keçiriləcək.

 

Qeyd edək ki, 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı Yusif Eyvazov 2015-ci ilin dekabrında ailə qurublar. A.Netrebkonun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321

Oxşar yazılar