Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayıl iyunun 20-də Milanda möhtəşəm moda kolleksiyasını nümayiş etdirəcək. Lent.az-ın məlumatına görə, təqdimat zamanı azərbaycanlı dizaynerin 2014-cu ildə Əli Benham Bəxtiyar ilə birgə yaratdığı "Affair" brendinin “Yaz-Yay 2016” kolleksiyası yer alacaq.
Nümayişdə "Affair" brendi ilə yanaşı Dolce & Gabbana və Versace kolleksiyalarından da nümunələr yer alıb.