Azərbaycandan edilən 1 milyon dollarlıq təklifi rədd etdi
29 noyabr 2015 05:48 (UTC +04:00)

Azərbaycandan edilən 1 milyon dollarlıq təklifi rədd etdi

Bir müddətdir həmkarı Engin Öztürklə sevgili olan aktrisa İdil Fırat Azərbaycanda qonaq olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə həftə əvvəl toyda iştirak etmək üçün Azərbaycana gələn aktrisa yerli iş adamlarının birindən reklam təklifi alıb.

O, toyda iştirak edən azərbaycanlı biznesmenin diqqətini çəkib. Kosmetika şirkətinin sahibi İ.Fırata 1 milyon dollar qarşılığında reklamda çəkilmək təklif edib. Lakin aktrisa ortaq dostları vasitəsilə bu təklifi qəbul etməyib.

Qeyd edək ki, İdil Fırat bir müddət aktyor Kıvanç Tatlıtuğla da sevgili olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317

Oxşar yazılar