Amerikalı aktrisa Rusiya vətəndaşı olmaq istəyir
17 dekabr 2016 05:31 (UTC +04:00)

Amerikalı aktrisa Rusiya vətəndaşı olmaq istəyir

Kanadalı aktrisa Pamela Anderson Rusiya vətəndaşı olmaq istəyir.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Pamela Rusiya barədə maraqlı açıqlama verib.

 

“Mən Rusiyanı sevirəm. Bura gəlməyi xoşlayıram. Ruslarla ortaq mədəniyyətə sahib olduğumuzu düşünürəm. Mənim Kanada və Amerika vətəndaşlığım var. Niyə də Rusiya vətəndaşlığım olmasın?!”, -deyə 49 yaşlı aktrisa bildirib.

 

O, ana tərəfindən rus kökənli uzaq qohumlarının olduğunu da qeyd edib.

 

Xatırladaq ki, Anderson Rusiya vətəndaşı olmaq istəyən yeganə məşhur deyil. Bu ilin noyabrında prezident Vladimir Putin amerikalı aktyor Stiven Siqala Rusiya vətəndaşlığı verilməsi barədə sərəncam imzalayıb.

 

2013-cü ildə isə fransız teatr və kino aktyoru Jerar Departye də Rusiya vətəndaşı olub.

 

Bu yaxınlarda aktrisa və müğənni Nataliya Oreiro də Rusiyaya olan sevgisi ilə bağlı müsahibə verib. O da adıçəkilən ölkədə yaşamaq və ev almaq haqqında düşündüyünü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar