Bu mövsümdən etibarən “Diriliş Ertuğrul” serialında “Candar Bey” obrazını canlandırmağa hazırlaşan türk aktyor Erden Alkan evində infarkt keçirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı serialı çəkən “Tekden Film”dən açıqlama verilib.
Şirkətdən bildirilib ki, aktyor əməliyyat edilib və hazırda reanimasiyayadır.
75 yaşlı E.Alkan həkimlərin ciddi nəzarətindədir.