"Yaprak dökümü"nün aktrisasına həbs cəzası
01 noyabr 2016 01:58 (UTC +04:00)

"Yaprak dökümü"nün aktrisasına həbs cəzası

Türk aktrisa Başak Sayan itinə görə mübahisə etdiyi qadın tərəfindən məhkəməyə verilmişdi.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “təhqir” və “təhdid” maddələri ilə haqqında cinayət işi açılan aktrisanın məhkəməsi bu gün keçirilib.

 

İstanbul məhkəməsində baş tutan prosesə şikayətçi Nəsrin Acar Uubay və aktrisa qatılmayıb. Onları vəkilləri təmsil edib.

 

Hakim B.Sayana “Təhdid” maddəsinə görə 5 ay həbs cəzası, “Təhqir” maddəsinə görə isə 1740 lirə (təxminən 870 manat) pul cəzası təyin edib.

 

Lakin, aktrisanın daha öncə cinayət işləmədiyi və şikayətçinin zərərini qarşılaması diqqətə alınıb və hökmün icrası təxirə salınıb. Bunun əvəzində isə o, 5 il müddətində nəzarətdə saxlanılacaq, heç bir cinayət törətməzsə, cinayət işi bağlanacaq.

 

Qeyd edək ki, ata tərəfdən azərbaycanlı olan B.Sayan "Yaprak dökümü" serialında çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar