Rejissor-aktrisa Ancelina Coli “People” jurnalına müsahibə verib.
Axşam.az-ın məlumatına görə, Hollivud ulduzu Bred Pittlə ailəli olan aktrisa uğurlu evliliyin sirlərini bölüşüb. Qocalmaqdan qorxmadığını deyən Coli Bredlə həmin dövrü səbirsizliklə gözlədiyini deyib:
“Biz Bredlə çox xoşbəxtik və zaman keçdikcə bir-birimizin necə dəyişəcəyini görmək üçün səbirsizlənirik. Onunla qocalmaq istəyirəm”.
Həyatyoldaşı ilə “By the Sea” (“Dəniz kənarında”) filmində çəkilən aktrisa film üzərində birgə işin onların nikahını möhkəmlətdiyini bildirib:
“Ciddi mübahisələr evliliyi daha da möhkəmləndirir. Əgər siz çiyin-çiyinə söykənirsinizsə, bu nikah daha da güclənir. Hər nə qədər mübahisəmiz düşsə də, sonda öz-özümə deyirəm ki, mənim vəzifəm onu sevməkdir”.