"Musiqiyə olan sevgimi heç bir isti hava üstələyə bilməz"
20 avqust 2015 07:32 (UTC +04:00)

"Musiqiyə olan sevgimi heç bir isti hava üstələyə bilməz"

Müğənni Nurlan Növrəsli isti yay aylarını tam olaraq sənətinə həsr edib. İstirahətə yox deyən ifaçı, bütün vaxtını səs yazma studiyasında keçirir. Bu haqda müğənni   Lent.az-a açıqlamasında bildirib.

 

 

“Hava nə qədər isti olsa da, musiqiyə olan sevgimi heç bir isti hava üstələyə bilməz. Buna görə də, istilərdə demək olar ki, səs yazma studiyasından çıxmamışam. “Nazlana-nazlama” adlı yeni mahnı ifa etmişəm. Mahnı mənim ifamda yeni olsa da, Məmmədbağır Bağırzadənin repertuarından hər kəsə bəlli, dillər əzbəri olan bir mahnıdır. Mən mahnını bu günün nəbzinə uyğun yenidən aranjeman etdirmişəm. İnanıram ki, ifam dinləyicilərin ürəyincə olacaq”.

 

 

Müğənninin yeniliyi təkcə bununla yekunlaşmır. Sentyabr ayında ifaçı 2 yeni kliplə tamaşaçıların qarşısına gələcək.

 

 

“Yeni mövsümdə yeniliklərim çox olacaq. Yeni mahnılarım və iki klipim işıq üzü görəcək. Kliplərdən biri “Nazlana-nazlana” adlı mahnıma, digəri isə repertuarımda ən çox sevdiyim əsərlərdən biri olan, musiqisi Aygün Səmədzadəyə, sözləri isə Qənirə Paşayevaya məxsus “Gecə valsı” adlı mahnıma klip çəkiləcək”.

 

Sonda müğənni bu gün İstanbula işgüzar səfərə getdiyini də əlavə edib. O, bildirib ki, Türkiyədə bir sıra musiqiçilərlə görüşməli və mahnılarının yeni aranjemanlarını məhz orada həyata keçirəcək.

 

Nurlan Növrəsli eyni zamanda yay ayında dəniz kənarında fotosessiya da etdirib. Lent.az müğənninin yeni mahnısını və fotosessiyasını təqdim edir.

 

Fotoqraf Ramin Abbasov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar