Raci Şaşmaz və Bahadır Özdenerin rejissorluğu ilə çəkilən "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialı yeni mövsümün iddialı ekran işlərindən sayılır.
Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, baş rollarında Oktay Kaynarca və Deniz Çakır çəkilən serialda iki oyunçuya böyük məbləğdə qonorar ödənilib.
13 hissənin qonorarını əvvəlcədən alan O.Kaynarca hər hissə üçün 85 min lirə (təxminən 33 min manat), D.Çakır isə 40 min lirə (təxminən 16 min manat) alıb.
Artıq 5 seriyası çəkilən və tanıtım videoları böyük maraqla izlənilən serialda Oktay və Deniz ər-arvad rolunu canlandıracaqlar.
Qeyd edək ki, O.Kaynarca Raci Şaşmazın çəkdiyi "Kurtlar Vadisi"ndə rejissorun qardaşı Necati Şaşmazla tərəf müqabili olub. O, serialda "Çakır" obrazını canlandırıb.