Türkiyənin Kanal D telekanalında yayımlanan "Ben bilmem, eşim bilir" yarışma proqramının növbəti buraxılışı Azərbaycana həsr olunacaq. Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, yeni buraxılışın iştirakçılarından biri Azrəbaycanın dövlət televiziya şirkəti - AzTV-nin "Xəbərlər" proqramının aparıcısı Vüsalə Səiddir.
Qeyd edək ki, "Ben bilmem eşim bilir"in Azərbaycana aid özəl bölümü bu gün Bakı vaxtı ilə saat 22.00-da nümayiş etdiriləcək.