[b]Kənan Doğulu polis nəzarətinə götürüldü[/b]
12 noyabr 2016 07:06 (UTC +04:00)

[b]Kənan Doğulu polis nəzarətinə götürüldü[/b]

Gecə həyat yoldaşı, aktrisa Beren Saatla sükan arxasında ikən polislər tərəfindən saxlanılan müğənni Kənan Doğulu nəzarət altına alınıb.

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə yerində jurnalistləri görən məşhurlar şok olublar.

 

Jurnalistlərdən birinin "İçmisiniz?" sualına Kənan "Bir bardaq pivə içdim, gözləyək, görək, nə olacaq", - deyə cavab verib.

 

K.Doğulunun bütün sənədləri yoxlanılıb. Onun 42 promil içki qəbul etdiyi sübut olunub, amma qaydaları pozmadığı üçün evinə yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341

Oxşar yazılar