Azərbaycanlı gənc müğənni Yaşar Yusub Qırğızıstanın İssık-Kul gölünün sahilində keçirilən ikinci “Meykin-Asiya” beynəlxalq festivalında çıxış edib. Lent.az-ın məlumatına görə, o, festivalda məşhur Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.
“Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa etmək istəyirəm”, deyən müğənninin ifasını zal alqışla qarşılanıb.
Qeyd edək ki, festivalda erməni müğənnilər də iştirak edir. Festivalın təşkilat komitəsində Azərbaycanın məşhur müğənnisi Roza Zərgərli də var.