Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO
11 sentyabr 2021 08:29 (UTC +04:00)

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub.

Lent.az "axşam.az"a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:

"Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalında ali məktəblərə qəbul olan bütün tələbələri ürəkdən təbrik edirəm. Xeyirli və uğurlu olsun".

Qeyd edək ki, Xalq artistinin 3 qız övladı da var.

# 22488
avatar

Oxşar yazılar