Vasif Məhərrəmli
23 oktyabr 2021 15:01 (UTC +04:00)

Vasif Məhərrəmli

Vasif Məhərrəmlinin halı pisləşdi: "...ayıbdır"

Əməkdar artist Vasif Məhərrəmlinin halı pisləşib.

Lent.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, bu səbəbdən də bu gün dəvət aldığı verilişə gedə bilməyib:

"İndi hər şey qaydasındadır. Yüngül nasazlığım oldu. Təzyiqim var idi, keçdi getdi. Narahat olan dostlarım, çox sağ olsun.

Sevinənlərə isə demək istəyirəm ki, belə şeylərə sevinmək olmaz. Ən azından ayıbdır, vallah. Həyat bumeranqdır. Kiminsə pis xəbərini eşidib sevinirsənsə, başına gələcək. Ola bilər ki, özünün başına gəlməyəcək, amma yaxınlarının başına gələcək".

# 16674
avatar

Oxşar yazılar