Türkiyəli müğənni Meltem Erensoylu yeni fotosessiya etdirib.
Lent.az "baku.ws"ə istinadən xəbər verir ki, sənətçi kameralar qarşısına keçərək yeni layihəsi üçün müxtəlif şəkillər çəkdirib.
Fotosessiya zamanı Meltem çəhrayı libasa üstünlük verib. Bunun üçün ifaçı azərbaycanlı modelyer Rüfət İsmayılın kolleksiyasına üz tutub.
Rüfət ona Xalq artisti Aygün Kazımovanın geyindiyi libası təqdim edib. Sadəcə arxa hissəsi uzun olan geyimin ön hissəsinə kiçik dəyişiklik edilərək fotosessiya zamanı istifadə edilib.
Xatırladaq ki, bu il ölkəmizi Avroviziya Mahnı Müsabiqəsində təmsil edən iştirakçı Samirə Əfəndi də Rüfət İsmayılın kolleksiyasına aid bu geyimdən istifadə edib.