Tanınmış DJ Ozan Doğulu 80-ci illər temalı ad günü partisi təşkil edib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 52 yaşını qeyd edən musiqiçinin doğum gününə çoxlu tanınmış sənət adamları gəlib.
Qonaqlar arasında Ozanın qardaşı Kənan Doğulu və həyat yoldaşı Beren Saat da var idi.
Qeyd edək ki, partiyə gələn qonaqların bir çoxu 80-ci illərdə dəbdə olmuş geyimlər geyinib.