Məşhur türkiyəli model Ebru Şallı 2020-ci ildə itirdiyi oğlu Pars haqqında yazı paylaşıb.
Lent.az xəbər verir ki, Ebru Şallı mərhum oğlunun vəfatının 3-cü ildönümünü bu sözlərlə yad edib:
“Sənsiz keçən daha bir il... O mələk üzün hər yerdədir, həmişə mənimlədir. Nur üzlü Ponçiğim”.
Qeyd edək ki, Ebru Şallı Harun Tanla evliliyindən dünyaya gələn oğlu Pars Tanı 2020-ci il aprelin 16-da uzun müddət mübarizə apardığı lenfoma xəstəliyindən itirib.