Tanınmış bəstəkar məhkəməyə verildi - SƏBƏB
14 iyun 2022 10:17 (UTC +04:00)

Tanınmış bəstəkar məhkəməyə verildi - SƏBƏB

Azərbaycanda bəstəkar məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, Lənkəran şəhər sakini Əliyeva Zəminə Taryel qızı yol hərəkəti qaydalarını pozub. Buna görə də onu Yol Patrul Xidməti əməkdaşları saxlayıb və barəsində inzibati protokol tərtib olunub. Lakin Z.Əliyeva 3 ay ərzində tətbiq olunan cəriməni ödəməyib.

Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsilə yeni protokol tərtib olunub. Həmin protokol baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin maddə əsasında şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Xatirladaq ki, Zəminə Əliyeva bəstəkardır. O, hazırda Lənkəran dövlət Humanitar kollecinin musiqi şöbəsində musiqi nəzəriyyəsi müəllimi və fənn birləşməsinin sədri vəzifəsində çalışır.

V.Hüseynov,M.Dövrani,A.Cavad,N.Kəsəmənli,X.Rza,Ş.Aslan,X.Vaqifqizi və.s şairlərin şerlərinə bir neçə mahnılar bəstələyib. Z. Əliyevanın “Lənkəran”, “Ağlama”, “Azərbaycan xor əsərləri”, fortepiano üçün 13 prelüdiya, 8variasiya, fortepiano və skripka üçün 3 hissəli sonata, xalq çalğı alətləri orkestrı üçün 4 hissəli “Lənkəran löhvələri “ suitası və digər əsərlərin də müəllifidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4686
avatar

Mehman Nəbiyev

Oxşar yazılar