Qar təmizləyən zaman ağır xəsarət alan Hollivud aktyoru Ceremi Rennerin ayağı kəsilə bilər.
Lent.az xəbər verir ki, həkimlər onun zədələrinə ciddi diaqnoz qoyduqları üçün aktyorla bağlı xoşagəlməz xəbər veriblər.
Ailənin yaxın dostları bildiriblər ki, Cereminin ayaqları amputasiya oluna bilər:
"Ceremi artıq iki böyük əməliyyat keçirib. Lakin onun yenidən dik yeriyə biləcəyinə və ya ümumiyyətlə, ayağını tamamilə itirəcəyinə dair ciddi şübhələr var".
"Marvel" qəhrəmanı Ceremi isə bütün bunların qarşısında mediaya heç bir açıqlama vermir.