“Kanal D” televiziyasının yayımlanan “Şarkılar bizi söyler” proqramının yeni bölümündə müğənni Sibel Can rəqqasəlik məharətini göstərəcək.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, yanvarın 14-ü ekrana gələcək proqramda müğənni Alpay “Maria” mahnısını oxuyacaq.
Mahnının sədaları altında isə Sibel Can ispan rəqsi olan flamenko oynayacaq.
Proqramın yeni bölümündən bir neçə foto da yayılıb.