"Yağ-balın içinə böyümüşəm. Ata, çox sağ ol ki, çox zəngin ailədə böyümüşəm. Məgər, ancaq kasıblar müğənni olmalıdır? İş qadını olmaq istəmirdim, uşaqlıqdan incəsənət sahəsinə meyilli idim".
Lent.az xəbər verir ki, bu fikirlər Roza Zərgərliyə aiddir. O, "Elgizlə izlə" verilişində qonaq olarkən, şəxsi həyatından və ailəsindən söhbət açıb:
"Zəngin bir bəyə ərə getdim, sonra boşandım. Çünki ailə sevgi üzərində qurulmamışdı, onun da valideynlərinin istəyi ilə evlənmişdik. Onun 24 yaşı vardı, mənim 17. O vaxt məni toy kasetində görüb bəyənmişdi. Mənə dedilər ki, istəyirsən? Sevdiyim oğlana acıq verib "hə" demişdim.
Aparıcı Elgizin "kim idi o?" sualına müğənni "tələbə yoldaşım idi", - cavabını verib.
Ətraflı videoda: